Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əliyev Fərid Pirəli oğlunun xatirə lövhəsi ziyarət olundu

21 noyabr 2022 | 11:13

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında xatirə lövhəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.   

Ziyarət zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Vətən müharibəsi şəhidlərinə, qazilərə, müharibə iştirakçılarına dövlət səviyyəsində verilən qiymətdən, onların  ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq ölkə rəhbərliyinin tapşırıq və göstərişləri ilə bu qayğının yerlərdə də davam etdirildiyini diqqətə çatdırmışdır. 

Mərasimdə çıxış edən şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Fərid Pirəli oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

Keçidlər