Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Erkən nikahın fəsadları, qohumlar arasında nikah” mövzusunda maarifləndirici görüş keçirilmişdir

06 iyun 2024 | 16:11

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 132-134 nömrəli Təhsil Kompleksində “Erkən nikahın fəsadları, qohumlar arasında nikah” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, RİHBA-nın məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq şöbəsinin əməkdaşı Bahar Kərimli, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, məktəbin rəhbər və şagird heyəti iştirak etmişlər. Tədbir zamanı erkən nikah və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Səbail rayonunda görülən işlərdən bəhs olunmuş, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunmuş, qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Tədbir diskusiya şəklində davam etmiş, erkən nikahların səbəbləri, fəsadları, qohum nikahlarının mənfi nəticələri və s. mövzularda müzakirələr aparılmışdır. Görüşün əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmuşdur.

Keçidlər