Səbaildə " Erkən nikahlar və onların fəsadları" mövzusunda görüş keçirilib
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarının icrası ilə əlaqədar "Erkən nikahlar və onların fəsadları" mövzusunda görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon qeydiyyat şöbəsinin rəisi Suella Şərifzadə, məktəbin direktoru Könül Təhməzova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və şöbənin məsul əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Görüş zamanı qeyd olunmuşdur ki, ölkəmizdə erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah probleminin də aradan qaldırılması üçün hər kəs mübarizə aparmalı, bu halların qarşısının alınması üçün üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.
Sonda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.