Səbail rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin dəstəyi ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyin baş direktorunun birinci müavini Rövşən Qarayev, millət vəkili Aydın Mirzəzadə və RİHBA-nın məsul əməkaşları iştirak etmişlər.
Tədbir zamanı Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyin baş direktorunun birinci müavini Rövşən Qarayev və Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək neft sahəsinin inkişafı, neft strategiyasının müəyyən edilməsi və “Əsrin müqaviləsi”nin bağlanmasında Ümummilli Lider Heydər Əliyevin göstərdiyi qətiyyət, şücaət və apardığı uzaqgörən siyasət barədə geniş məlumat verərək Vətən müharibəsində əldə olunmuş şanlı qələbəyə gedən yolun başlanğıcında məhz bu müqavilənin mühüm əhəmiyyət kəsb etdiyini, ölkəmizin dünyada “neft ölkəsi” kimi tanınmasında Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərin olduğunu, bu sahədə əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün layiqincə və məharətlə davam etdirildiyini diqqətə çatdırmışlar.
Daha sonra "Əsrin müqaviləsi"nin 29-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Sonda Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşları Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunmuşlar.