“Konstitusiya və Suverenlik İli” çərçivəsində etik davranış modelinin formalaşdırılması mövzusunda tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq etik davranış modelinin formalaşdırılması mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şahin Talıbov, şöbənin baş məsləhətçisi Nigar Bəylərova, Səbail və Badamdar bələdiyyələrinin məsul əməkdaşları iştirak etmişlər. Tədbir zamanı maraqlar toqquşmasının idarə edilməsi formaları və etik davranış qaydaları mövzuları ətrafında geniş müzakirələr aparılmışdır. Sonda tədbir iştirakçılarına maarifləndirici broşurlar təqdim edilmişdir.






