Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Faiq Mustafayevin xatirə lövhəsinin açılış mərasimi keçirildi

25 oktyabr 2022 | 11:01

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Mustafayev Faiq Mehrəli oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bayıl yaşayış massivi, Elşən İsmayılov küçəsində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.

Şəhidin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Faiq Mustafayev 1997-ci ildə hərbi xidmətə yollanmışdır. Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun dəf edilməsi zamanı xüsusi fədakarlıq göstərərək 1998-ci ilin fevralın 26-da öz doğum günündə şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər