“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Səbail rayonunda görüş keçirilib
24 sentyabr 2022 | 16:22
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Səbail Rayon Polis İdarəsində görüş keçirilib. Görüşdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın və RPİ-nin məsul əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak etmişlər.
Tədbir zamanı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın əsas məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizmlərin formalaşması və aidiyyəti orqanların qarşılıqlı fəaliyyətinin təmin edilməsi olduğu vurğulanmışdır.