Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən vətəndaşa məxsus fərdi yaşayış evinin dam örtüyü yeniləndi
26 may 2023 | 09:52
Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov tərəfindən cari ilin 24 may tarixində Bibiheybət qəsəbəsində keçirilən səyyar qəbul zamanı qəsəbə sakini Rəcəbova Nargilə Əbdül qızı tərəfindən qaldırılan məsələnin həlli ilə əlaqədar Salyan döngəsi, ev 11 ünvanında vətəndaşa məxsus fərdi yaşayış evinin dam örtüyü yenilənmişdir.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.