Vətən müharibəsi şəhidi Fərid Əliyevin doğum günü şəhidin adını daşıyan küçədə qeyd olundu
İçərişəhərdə Vətən müharibəsi şəhidi Fərid Əliyevin doğum günü ilə bağlı şəhidin adını daşıyan küçədə, şəhidin xatirə lövhəsinin qarşısında tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” DTMQİ-nın İdarə Heyətinin sədri Şahin Seyidzadə, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Fəridin ömür və döyüş yolundan bəhs etmişlər.
Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Fərid Pirəli oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə”, "Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.