FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətinin təşkili mövzusunda tədbir keçirilmişdir
Martın 29-da “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili” mövzusunda Suraxanı Rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, Bakı şəhəri RİHB-lərin birinci müavinləri - fövqəladə hallar komissiyasının sədrləri ilə yanaşı Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.