Şəhid Fikrət Həzrətquliyevin ailə üzvləri Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən ziyarət olundu
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş 2023-cü ilin Tədbirlər Planına əsasən rayon ərazisində yaşayan şəhidlərin ailə üzvləri ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları tərəfindən keçirilən görüşlər davam edir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Murad Əhmədsoy, Musa Kazımov və Nigar Bektaşi şəhid Həzrətquliyev Fikrət Xanbuta oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı şəhid Fikrət Həzrətquliyevin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılmışdır.
Şəhidin bacısı Rəna Həzrətquliyeva şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Fikrət Həzrətquliyev 1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılmış, Ağdam rayonu uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1993-ci ilin iyun ayında Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.