Səbail rayonunda "Gələcəyin məktəbi"ndə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səbail rayonunda fəaliyyət göstərən "Gələcəyin məktəbi" MMC-də 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, Vətən müharibəsi şəhidi Cavidan İbrahimlinin anası Gülnaz İbrahimova, məktəbin direktoru, əməkdar müəllim Sara Xanlarova, həmçinin məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən natiqlər rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi Qələbənin əhəmiyyətini, Zəfər Gününün Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğunu vurğulamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür tədbirlərin müstəsna rolundan, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan, eləcə də qəhrəman şəhidlərimizin və onların cəbhə yoldaşlarının döyüş meydanında göstərdiyi misilsiz rəşadətdən bəhs etmişlər.
Tədbirin bədii hissəsində məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda hazırlanan ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdur.






