Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçirildi

02 oktyabr 2024 | 15:22

Azərbaycanda ilk dəfə olaraq “Ailə-dəyişməyən dəyərimiz” mövzusunda Gənc Ailə Forumu keçirilmişdir. Forumda respublikanın müxtəlif bölgələrindən dəvət olunan 90-dan çox gənc ailə, o cümlədən Səbail rayonundan RİH başçısının müavini Kəmalə Həşimova və gənc ailələr iştirak etmişlər. Gənc Ailə Forumunun keçirilməsində əsas məqsəd çağdaş Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsidir.Tədbir zamanı əmək bazarında gender bərabərliyinin təmin edilməsi, iş yerində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, ünvanlı dövlət sosial yardımın alınmasında yeniliklər, gənc ailələrin asudə vaxtının səmərəli təşkili, sosial ipoteka, reproduktiv sağlamlıq, ailə həkimliyi institunun qurulması, ilkin səhiyyə xidmətində aparılan islahatlar, alimentin verilməsi ilə bağlı mexanizmlər, nikah müqaviləsi, ailələrin inkişafı ilə bağlı mövcud hüquqi sənədlər, medianın ailələrə təsiri və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Keçidlər