Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə "Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması" mövzusunda tədbir keçirilib

19 oktyabr 2023 | 14:53

Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 nömrəli tam orta məktəbdə “Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması" layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyinin sədri Hicran Əliməmmədova, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Dərbəndli Abasağa, Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova, Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elmir Ağakişiyev, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbirin keçirilməsində məqsəd gənc nəslə sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə işlərinin aparılması, orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin daha geniş şəkildə təşkil olunmasıdır.

Keçidlər