2 fevral-Gənclər Günü ilə əlaqədar RİHBA-nın gənc əməkdaşı Əsədov Vaqif Oktay oğlu Fəxri Fərmanla təltif olunmuşdur
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 2 fevral-Gənclər Günü ilə əlaqədar RİHBA-nın gənc əməkdaşı Əsədov Vaqif Oktay oğlunu rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif etmişdir. Tədbirdə RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq ulu öndərin daim Azərbaycanın gələcəyi haqqında düşündüyünü, gənc nəslin inkişafına davamlı qayğı göstərdiyini bildirmişdir. Dövlətimizin apardığı gənclər siyasətinin bu gün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığını diqqətə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərildiyini qeyd etmişdir.