Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral-Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

02 fevral 2023 | 14:01

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, Əmək Qanunvericiliyi üzrə hüquqşunas Vasif Ağayev, RİHBA-nın məsul əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və rayonun fəal gəncləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışaraq ölkə rəhbərliyi tərəfindən daima Azərbaycan gəncliyinə dəstək olunduğunu və ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərildiyini qeyd etmişdir.

Daha sonra çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva Azərbaycanda gənclər siyasətinin həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutduğunu, Azərbaycan gəncliyinin dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss etdiyini və gənclər siyasətinin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirildiyini vurğulamışdır.

Əmək Qanunvericiliyi üzrə hüquqşunas Vasif Ağayev çıxış edərək gənclərə "İnsan kapitalı" prinsipinin bütün dünyada geniş tətbiq olunduğu bir dövrdə bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyində güclü milli kadr ehtiyatlarının olmasının zəruriliyi və bu sahədə peşəkar insan ehtiyatının hər bir ölkənin sərvəti hesab edilməsi faktından, bu baxımdan aparılan kadr siyasətindən danışmışdır.

Tədbi zamanı çıxış edən gənc fəallar onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Sonda rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən “Davam” Gənclər Hərəkatının, YAP Səbail rayon Təşkilatının gənc üzvlərinə, həmçinin rayon ali təhsil müəssisələrinin fəal tələbələrinə Səbail rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər