Səbail rayonunda “Gender bərabərliyi” mövzusunda tədbir keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Gender bərabərliyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Oruc Məmmədov, RİHBA-nın məsul əməkdaşları, müəllim və tələbə heyəti iştirak etmişlər.
Tədbir zamanı respublikamızda gender bərabərliyinin təmin olunması məsələsinə xüsusi diqqət yetirildiyi, əhalinin digər kateqoriyalarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sonda keçirilmiş tədbir çərçivəsində insan hüquqları ilə bağlı müxtəlif mövzular üzrə hazırlanmış materiallar iştirakçılara təqdim edilmişdir.