Bələdiyyələrdə gender bərabərliyi prinsiplərinin təşviqi məqsədilə təlimlər keçirilib
06 iyul 2026 | 16:44
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Ailə və bərabər inkişaf" komissiyalarının fəaliyyətini təkmilləşdirmək və üzvlərinin bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edilib. "Komissiyanın məqsəd, vəzifə, funksiya və səlahiyyətləri" mövzusunda keçirilən təlimlərin əsas hədəfi yerli idarəetmədə gender bərabərliyi və genderə həssas yanaşma prinsiplərinin təşviqi, həmçinin institusional potensialın gücləndirilməsidir.
İnteraktiv formatda keçirilən və Səbail Bələdiyyəsinin nümayəndələrinin də iştirak etdiyi təlimlərdə gender bərabərliyi prinsiplərinin yerli səviyyədə tətbiqi və komissiyaların effektiv fəaliyyəti müzakirə olunub.






