Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində maarifləndirmə işləri aparılır

04 dekabr 2025 | 17:57

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin 1 saylı Sahə İnzibati Ərazi Dairəsinin əməkdaşları tərəfindən sakinlərlə maarifləndirici görüş təşkil olunub. Görüşün əsas məqsədi cəmiyyətdə gender əsaslı zorakılığa qarşı ictimai diqqətin artırılması, erkən nikahların və qohumlar arasında nikahların fəsadları barədə məlumatlandırma işlərinin gücləndirilməsi olub. Görüş zamanı iştirakçılara erkən nikahın və qohumluq əlaqələri əsasında qurulan nikahların insanın həyat və sağlamlığına, ailə münasibətlərinə, sosial rifaha, habelə mənəvi-psixoloji inkişafına göstərdiyi mənfi təsirlər barədə geniş məlumatlar verilib. Qeyd olunub ki, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılır, hüquqi bazanın gücləndirilməsi və maarifləndirmə işlərinin genişləndirilməsi davam etdirilir. Sakinlər gündəlik həyatlarında hüquqlarının qorunması və zəruri hallarda aidiyyəti qurumlara müraciət qaydaları barədə də məlumatlandırılıblar. Sonda sakinləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Keçidlər