Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Gülbala Əliyev küçəsinə baxış keçirmişdir

15 oktyabr 2025 | 14:23

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, ərazi icra nümayəndələri və rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri ilə birgə Bayıl yaşayış massivi, Gülbala Əliyev küçəsinə baxış keçirmişdir.
Baxış zamanı sözügedən ünvanda aparılmış yenidənqurma və abadlıq işlərinin mühafizə olunması, o cümlədən ərazidə iməcilik işlərinin aparılması, oturacaqları və idman qurğularının təmir olunması, mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq ağacların əkilməsi, eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər