Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Gülxar Quliyevanı yubileyi münasibətilə təbrik etmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-kommunal istismar sahəsində uzun illər müxtəlif vəzifələrdə çalışan Quliyeva Gülxar Fərman qızını yubileyi münasibətilə təbrik etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri və sektor müdirləri iştirak etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov müasir Azərbaycanda dövlət təsisatlarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini, bu mütərəqqi strategiyanın Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. RİH başçısı mənzil-kommunal sahəsində idarəetmənin təkmilləşdirilməsi və çevik xidmətin təşkili nəticəsində sakinlərin göstərilən xidmətlərdən məmnunluq dərəcəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini vurğulamışdır. Gülxar xanımın sakinlərin məmnunluğunun qazanılması və rayonun mənzil-kommunal sisteminin nizamlı fəaliyyətinə çoxillik səmərəli töhfələr verdiyini diqqətə çatdıran RİH başçısı, onun timsalında bütün sahə əməkdaşlarına təşəkkür etmiş, yubilyara cansağlığı və fəaliyyətində uğurlar arzulamışdır.
Sonda Gülxar Quliyevaya rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman” təqdim olunmuşdur.






