Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində həftə içi hər gün keçirilən vətəndaş qəbulları davam edir

20 sentyabr 2022 | 11:43

Əhali ilə görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov tərəfindən rayon ərazisində keçirilən səyar qəbullar və görüşlərlə yanaşı, Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasında həftə içi hər gün saat 10.00-dan etibarən vətəndaşların qəbulu keçirilir. Qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak edirlər.

RİH başçısının fəaliyyətinin ilk günlərindən etibarən keçirilən bu qəbullarda cari ilin avqust-sentyabr ayları üzrə 300-dən çox sakin müxtəlif sosial problemlərlə bağlı müraciətlər etmişdir. RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq müvafiq qurumlara RİH tərəfindən rəsmi müraciətlər ünvanlanmışdır.

Qəbullarda iştirak edən sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.

Keçidlər