Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Gününün ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət olundu

28 sentyabr 2026 | 17:57

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, bələdiyyə sədrləri, RİH başçısının qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndələri tərəfindən Hərbi Memorial Məzarlıq ziyarət olunmuşdur.
Daha sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru İlkin Əhədzadənin, Məmmədağa Səfərovun, eyni zamanda Azərbaycan Respublikasının Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət olunmuş, məzarları üzərinə gül dəstələri düzülmüş və xatirələri ehtiramla yad edilmişdir.

Keçidlər