Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

02 noyabr 2023 | 12:16

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

Görülən tədbirlər çərçivəsində noyabrın 1-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Səbail rayonunda ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq Bayıl yaşayış massivi, Ə.Yaqubov küçəsində 100-dən çox şam ağacı əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin keçirdiyi ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.

Keçidlər