Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbir keçirilib

13 noyabr 2023 | 17:58

Səbail rayonunda yerləşən 2 nömrəli Texniki Humanitar liseydə “Heydər Əliyev ili” çərçivəsində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərimiz Gücümüzdür” adlı bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova, liseyin direktoru Turanə Məcidli, müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbirdə çıxış edənlər 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək qeyd etmişlər ki, Azərbaycan xalqı və dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilir. 1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul etmişdir. Son olaraq Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Tədbir zamanı liseyin 9-cu sinif şagirdləri arasında baş tutan “Zəfərimiz Gücümüzdür” adlı intellektual yarışın nəticələrinə əsasən qaliblər “Zəfər Kuboku” ilə təltif olunmuşlar.
Tədbirin sonunda liseyin 6-cı sinif şagirdlərinin hazırladığı soykökümüzü, müasirliyimizi, müqəddəs dəyərlərimizi tanıdan fləşmob-kompozisiya nümayiş olunmuşdur.

Keçidlər