Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir

16 noyabr 2023 | 17:55

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Heydər Əliyev İli çərçivəsində Səbail rayonunda yerləşən 236 nömrəli tam orta məktəbdə foto, rəsm sərgisi təşkil olunmuşdur. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şahin Talıbov, məktəbin direktoru Xanlar İmaməliyev, 2 nömrəli Texniki Humanitar liseyin direktoru Turanə Məcidli, Vətən müharibəsi veteranları, qazilər, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.

Tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrilməsindən və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etməsindən geniş söz açılmışdır. Torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğu xüsusi qeyd edilərək, bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatması barədə geniş danışılmışdır.

Tədbir çoxəsrlik maddi-mədəni irsimizi özündə əks etdirən əl işləri, foto və rəsm sərgilərinin nümayişi ilə davam etmişdir.

Keçidlər