Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
Səbail Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova sədrliyi ilə “Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirə zamanı “Heydər Əliyev İli” tədbirlərinə artıq start verildiyi vurğulayan Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ötən rüb ərzində rayon ərazisində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icrasının uğurla davam etdirildiyini bildirərək “Heydər Əliyev İli” elan edilməsini ulu öndərin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin hər bir azərbaycanlı tərəfindən daha yaxından öyrənilməsi üçün böyük fürsət olduğunu qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunmuş 2023-cü ilin ölkəmizin ictimai-siyasi həyatı baxımından mühüm əhəmiyyət daşıdığını bildirən Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Tədbirlər Planının təsdiqlənməsi ümummilli liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqlədiyini diqqətə çatdırmışdır.
Tədbir zamanı “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər sırasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər və konfransların Heydər Əliyev epoxasının reallıqlarını və ideallarını cəmiyyətə çatdırmaqla bərabər, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsinin möhtəşəm nailiyyətlərini əhatə etməli olduğu qeyd olunmuşdur.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılmış, aidiyyəti üzrə RİHBA-nın şöbələrinə və işçi qruplarına müvafiq tapşırıq və tövsiyələr verilmişdir.