Ulu Öndərin 100 illiyi münasibətilə “Heydər Əliyev İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə Səbail Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşı Rövşən Əhmədov, Səbail Rayon Prokurorunun müavini Ədalət Aslanov, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Xəyalə Qənbərova və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Tədbir zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi qələbədən danışılmış, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğu diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.