Səbail rayonunda "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda tədbir keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, şöbənin əməkdaşları, Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Oruc Məmmədov, M.F.Axundova adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Ağsaqqallar şurasının üzvü, professor İbrahim Quliyev və kolledcin tələbələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Ümumilli lider Heydər Əliyev tərəfindən M.F.Axundova adına Azərbaycan Milli kitabxanasına hədiyyə olunan kitabların və kollecin tələbələri tərəfindən hazırlanan stendlərə baxış keçirmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi anılmışdır.
Tədbir zamanı qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başladı. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini heç bir zaman unutmayacaq. Ulu Öndərin ideyalarını hər zaman yaşatmaq, gənc nəslə bu ideyaları, xatirələri çatdırmaq ən vacib məqsədlərdəndir.