"Heydər Əliyev irsində yerli demokratiya və vətəndaş cəmiyyəti" mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Səbail rayon bələdiyyələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev irsində yerli demokratiya və vətəndaş cəmiyyəti" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, ölkədə yerli demokratiyanın bərqərar edilməsində müstəsna rolundan bəhs edərək xalqımızın və ölkəmizin xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsinin dərindən öyrənilməsi, bu irsin qorunub gələcək nəsillərə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu və şərəfli vəzifəsi olduğunu bildirmişlər.
Daha sonra Səbail, Badamdar və Bibiheybət bələdiyyələrin fəaliyyəti barədə məruzələri dinlənilmiş, yerli özünüidarəetmədə ictimai iştirakçılığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılaraq müvafiq təkliflər səsləndirilmişdir.