Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans üçün elan edilmiş müsabiqənin yarımfinal turu keçirilmişdir

14 aprel 2023 | 11:26

Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans üçün elan edilmiş müsabiqənin yarımfinal turu keçirilmişdir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatlarının məsul əməkdaşları, rayon məktəbliləri və onların elmi rəhbərləri iştirak etmişlər.

Tədbir zamanı Ulu öndər Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğu vurğulanmışdır. Bildirilmişdir ki, bu idarəçilik məktəbinin qurucusu olan Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycanın müasir ictimai-siyasi fikir tarixində özünəməxsus yer tutur.

Daha sonra münsiflər heyəti tərəfindən ümumilikdə 5 mövzu üzrə 40-dan artıq elmi işdən seçilmiş 16 ən yaxşı referat dinlənilmişdir. Sonda konfransda iştirak etmiş məktəblilərə Səbail Rayon İcra Hakimiyyəti başçısı adından Təşəkkürnamələr təqdim olunmuşdur.

Keçidlər