Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans üçün elan edilmiş referat-yazı müsabiqəsinin ilkin dinləmə mərhələsi

06 aprel 2026 | 14:51

Səbail Rayon İcra Hakimiyyətində Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2026-ci il üçün Tədbirlər Planı çərçivəsində uşaqların ictimai fəallığının artırılması, həmçinin onların şəxsiyyət kimi formalaşması məqsədilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans üçün elan edilmiş referat-yazı müsabiqəsinin ilkin dinləmə mərhələsi keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov və RİH-nin məsul əməkdaşları, rayon məktəbliləri və onların elmi rəhbərləri iştirak etmişlər.
Tədbir zamanı Ulu öndər Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğu vurğulanmışdır. Bildirilmişdir ki, bu idarəçilik məktəbinin qurucusu olan Ümumilli lider Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycanın müasir ictimai-siyasi fikir tarixində özünəməxsus yer tutur.
Daha sonra münsiflər heyəti tərəfindən ümumilikdə 5 mövzu üzrə 40-dan artıq elmi işdən seçilmiş referat-yazılar dinlənilmiş, müsabiqənin rayon mərhələsinə vəsiqə qazanan şagirdlər müəyyən olunmuşdur.

Keçidlər