Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi konfrans

30 mart 2023 | 16:52

Martın 30-da Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasında Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi konfrans təşkil olunmuşdur.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, publisist-politoloq Reyhan Mirzəzadə, RİHBA-nın məsul əməkdaşları, elm xadimləri və gənclər iştirak etmişlər.

Tədbir zamanı RİH başçısının müavini Kəmalə Həşimova çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində silsilə tədbirlərin davam etdiyini bildirmişdir: ”Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, eyni zamanda, 18 müddəanı özündə əks etdirən Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqamətinin daha dərindən təhlilinə, indiki və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaradır. Zaman keçdikcə Ulu Öndər Heydər Əliyevin yaratdığı irsin, ideyalarının bəhrəsini daha yaxından görür, tarixi paralellər fonunda dahi şəxsiyyətin müstəqil Azərbaycan naminə etdiklərinin miqyasının ölçüyəgəlməzliyini böyük qürurla qeyd edirik”.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutmasından, ölkəmiz və xalqımız qarşısındakı müstəsna xidmətlərindən, Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, tarixinin, ədəbiyyatının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlardan geniş bəhs etmişlər.

Keçidlər