Səbail rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda seminar keçirilib
“Heydər Əliyev ili” çərçivəsində Səbail rayonu 239 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmişlər.
Tədbir dövlət himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Daha sonra “Ulu Öndər və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş olunmuşdur.
Tədbir zamanı çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova ümummilli lider Heydər Əliyevin azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olduğunu bildirərək məhz bu ideologiyanın xalqımızın müstəqilliyinə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün uğurlu təməl yaratdığını qeyd etmişdir.
Sonda tədbirdə iştirak edən şagirdlər ümummilli lider Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən seminar barədə öz təəssüratlarını bölüşmüşlər.