Səbaildə “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” adlı konfrans keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Səbail rayon qadınlarının konfransı keçirilmişdir. Konfransda Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid anaları, rayonun idarə və müəssisələrində müxtəlif vəzifələrdə çalışan bir qrup fəal qadın və gənclər iştirak etmişdir.
İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda iştirak edən qonaqlar RİH başçısının müavini Kəmalə Həşimova, Vətən müharibəsi şəhidi Murad Qurbanovun anası Mehriban Əmrahova, T. İsmayliov adına 6 nömrəli məkteb-liseyin direktoru Gülşən Orucova, C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinın direktoru Məhin Orucova və S. M. Əfəndiyev adına 2 saylı Şəhər Poliklinikasının şöbə müdiri Gülxar Quliyeva çıxışları zamanı qeyd etmişlər ki, Respublikamızda bütün sahələrin - sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuşdur. Ölkəmizdə qadın siyasətinin təməl prinsiplərinin müəyyən olunması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasətin indi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən qadınlara böyük diqqət və qayğı göstərildiyi qeyd edilmişdir. Qonaqlar Azərbaycan qadınlarının həyatında əlamətdar hadisə olan VI qurultayın keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Daha sonra konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilmişdir. Konfransda gender məsələlərindən, qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı çağırışlardan və bu kimi bir neçə aktual mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıların təklifləri dinlənilmişdir.
Sonda 160 nömrəli klassik gimnaziyanın sabiq direktoru Faina Ələkbərova Səbail Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmişdir.