Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 2 fevral – Gənclər Günü ilə əlaqədar “Heydər Əliyev və çağdaş Azərbaycan dövlətçiliyi” mövzusunda dəyirmi masa keçirilib

31 yanvar 2023 | 11:16

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbi layihəsi çərçivəsində “Heydər Əliyev və çağdaş Azərbaycan dövlətçiliyi” mövzusunda Səbail Rayon İcra Hakimiyyətində rayonun fəal gənclərinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları və rayonun fəal gəncləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq ulu öndərin daim Azərbaycanın gələcəyi haqqında düşündüyünü, gənc nəslin inkişafına davamlı qayğı göstərdiyini bildirmişdir. Dövlətimizin apardığı gənclər siyasətinin bu gün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığını diqqətə çatdıran RİH başçısı bu gün gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradıldığını qeyd etmişdir.

Daha sonra YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutduğunu və gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır.

Tədbir zamanı gənc fəallarla “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” illik siyasi məktəbi layihəsi haqqında ətraflı fikir mübadiləsi aparılmışdır.

Tədbirdə çıxış edən Səbail rayon gəncləri dövlətin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissinin artdığını bildirərək, öz siyasətində onlara daim dəstək olan Ölkə başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklədiklərini bildirmişlər.

Sonda tədbir iştirakçıları ilə ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər