Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral - Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib

02 fevral 2024 | 14:43

Səbail Rayon İcra Hakimiyyəti və Səbail rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayon Gənclər və İdman sektorunun müdiri Zamin Əhmədov, RİHBA-nın məsul əməkdaşları, rayon Gənclər və İdman sektorunun əməkdaşları və rayonun fəal gəncləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışaraq ölkə rəhbərliyi tərəfindən daima Azərbaycan gəncliyinə dəstək olunduğunu və ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərildiyini qeyd etmişdir.
Tədbir zamanı çıxış edən gənc fəallar onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda rayonun ictimai-siyasi həyatında, idman sahəsində və bədii qiraət müsabiqələrində fərqlənən gənclərə Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunmuşdur.

Keçidlər