Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü həsr olunmuş tədbir keçirilmişdir

08 may 2026 | 15:39

Səbail Rayon İcra Hakimiyyətinin akt zalında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsində Şəhərsalma və memarlıq siyasəti” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Millət vəkilləri Nigar Arpadarai və Aydın Hüseynov, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və veteranları iştirak etmişlər.
İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olmuşlar.
Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-ideoloji xətti izləyərək son illərdə fövqəladə uğurlar qazanması faktının dahi Liderin şəxsiyyətinin nəhəngliyini əyani şəkildə təsdiq etdiyini bildirmişdir. Möhtəşəm Qarabağ Zəfəri ilə ölkəmiz üçün yaranan yeni reallıqların, azad edilmiş ərazilərimizin bərpasının və inkişaf dövrünün Ümummilli Liderin Azərbaycan dövləti və xalqı üçün yazdığı milli dövlətçilik tariximizin ən şərəfli qürur səhifəsi olduğunu diqqətə çatdıran RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yüksəltdiyini qeyd etmişdir.
Daha sonra çıxış edən tədbir iştirakçıları müasir ölkə tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin əmanəti olan müstəqil Azərbaycanı və onun dövlətçilik salnaməsində yaratdığı bu irsi qoruyub saxlamağın hər birimizin şərəfli vəzifəsi olduğunu vurğulayaraq Ulu Öndərin ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən və bu dahi şəxsiyyətin tariximizdəki əvəzsiz rolundan geniş söhbət açmışlar.

Keçidlər