Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilib

01 iyul 2025 | 12:38

Səbaildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev: dövlət suverenliyi və konstitusiya quruluşu” mövzusunda elmi konfrans keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Milli Kitabxananın direktoru professor Kərim Tahirov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Mətbuat Şurasının sədri Rəşad Məcid və Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev iştirak etmişlər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyatı və yorulmaz fəaliyyətindən bəhs olunan videoçarx nümayiş etdirilmişdir.
Tədbir zamanı bildirilmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi dünya səviyyəli siyasətçi və dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1993-cü il iyunun 15-də Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmış və uğurla başa çatdırılmışdır. Qeyd olunmuşdur ki, Ulu öndərin təlatümlərdən çıxararaq yaşatdığı Azərbaycan indi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Heydər Əliyevin ölkədə yaratdığı quruculuq ab-havası yeni, müasir Azərbaycanın siyasi və iqtisadi gerçəkliklərində təzahür edir.

Keçidlər