Səbail rayonu Adil İsgəndərov küçəsi 1 ünvanında yerləşən həyət yenidənqurmadan sonra sakinlərin istifadəsinə verildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində çoxmənzilli yaşayış binalarını əhatə edən həyətlərin abadlaşdırılmasına, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.
Görülən işlərin çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Adil İsgəndərov küçəsi 1 ünvanında 800 nəfər sakinin yaşadığı 5 çoxmənzilli yaşayış binasını əhatə edən həyət aparılan yenidənqurma işlərində sonra sakinlərin istifadəsinə verilmişdir.
Abadlaşdırılan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün uşaq meydançası və müxtəlif idman qurğuları, eyni zamanda çoxsaylı oturacaqlar və tullantılar üçün qutular quraşdırılmış, müxtəlif növ gül kolları əkilmiş və mövcud yaşıllıqlar bərpa olunmuşdur.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini böyük razılıq hissi ilə qarşılayan rayon sakinləri görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.