Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu Zərifə Əliyeva küçəsi 24 ünvanında yerləşən həyət yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilmişdir

13 yanvar 2025 | 15:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində çoxmənzilli yaşayış binalarını əhatə edən həyətlərin abadlaşdırılmasına, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.
Görülən işlərin çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərifə Əliyeva küçəsi 24 ünvanında 400 nəfər sakinin yaşadığı 4 çoxmənzilli yaşayış binasını əhatə edən həyət aparılan yenidənqurma işlərində sonra sakinlərin istifadəsinə verilmişdir.
Abadlaşdırılan həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün uşaq meydançası və müxtəlif idman qurğuları, eyni zamanda oturacaqlar və tullantılar üçün qutular quraşdırılmış, müxtəlif növ gül kolları əkilmiş və mövcud yaşıllıqlar bərpa olunmuşdur.
Sakinlər görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər