Rayon İcra Hakimiyyətinin başçısı “Bizim həyət" layihəsi çərçivəsində yenilənən həyətə baxış keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov və ərazi icra nümayəndələri ilə birgə Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4A və Əziz Nəzərov küçəsi 3, 3A, 5 və 9 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edən həyətə baxış keçirmişdir.
Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı abad həyətdə aparılmış yenidənqurma və abadlıq işlərinin mühafizə olunması, o cümlədən ərazidə iməcilik işlərinin aparılması, oturacaqları və idman qurğularının təmir olunması, mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq ağacların əkilməsi, eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.






