Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində “Konstitusiya və suverenlik İli” çərçivəsində “Hüquqi Dövlətdə Qadınların rolu” mövzusunda tədbir

07 mart 2025 | 17:59

Səbail Rayon İcra Hakimiyyətində “Konstitusiya və suverenlik İli” çərçivəsində “Hüquqi Dövlətdə Qadınların rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və əməkdaşları iştirak etmişlər.
Tədbir zamanı cıxış edənlər dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadınının milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildiyi, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verdiyi vurğulanmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərdikləri bildirilmişdir: “Ləyaqətli, yüksək humanizmi və nəcibliyi ilə əsl Azərbaycan qadını imicini layiqincə qoruyan və yüksəklərə qaldıran ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu şəxsiyyətlərdəndir. Mehriban xanım Əliyeva hər zaman öz dəstxətti, öz yolu ilə seçilib. Onun bir qadın kimi formalaşdırdığı nəciblik və humanizm ənənələri nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiramla qarşılanır. Onun fəaliyyət dairəsi hər zaman çoxşaxəli olub və ölkə həyatının bütün sahələrinə nüfuz edib”.
Sonda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin xanım əməkdaşları təbrik edilmiş, onlara gül və bayram hədiyyələri təqdim olunmuşdur.

Keçidlər