Şriftin ölçüsü :

Saytın rəngi :

Bayıl yaşayış massivi, İbrahim Məmmədov küçəsində yerləşən park yenidənqurmadan sonra sakinlərin istifadəsinə verildi

20 oktyabr 2022 | 16:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində parkların salınmasına, mövcud olanların isə yenidən qurulmasına xüsusi diqqət göstərilir. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən Bayıl yaşayış massivi, İbrahim Məmmədov küçəsində yerləşən parkda müasir tələblərə uyğun yenidənqurma işləri həyata keçirilərək sakinlərin istifadəsinə verilmişdir.

Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 2 000 kv.m. olan parkda 840 kv.metr sahədə yeni tamet-daş örtükləri düzülmüş, burada olan istifadəyə yararsız söhbətgah sökülərək yenisi ilə əvəz olunmuş, yeni dəmir-beton dirəklərin quraşdırılmış və 325 kv.metr sahədə fasad divarı təmir olunmuşdur. Eyni zamanda park ərazisinin işıqlandırılması üçün 20 ədəd böyük işıq dirəyi, idman qurğuları və uşaqlar üçün əyləncə meydançası quraşdırılmışdır. Müasir tələblərə inşa olunan parkda 1 120 kv.metr sahədə yeni ot örtüyünün salınmış, həmişəyaşıl ağaclar və gül kollarının əkilmiş, həmçinin park ətrafında mövcud asfalt örtüyü yenilənmiş və yeni işıqlandırma sistemləri quraşdırılmışdır.

Keçidlər