İçərişəhər sakinlərinin eksponatlarından ibarət sərginin açılışı keçirilmişdir
31 oktyabr 2023-cü il tarixində Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhərim” adlı sərginin açılışı olmuşdur. “İçərişəhərim” sərgisində nümayiş edilən yüzdən artıq eksponatlardan ən qədimi XVIII, ən müasiri isə XX əsrin ortalarına aiddir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər. Sərginin keçirilməsinin əsas məqsədi İçərişəhər sakinlərinin tarixi əsrlərə söykənən millidəyərlərini yaşatmaq və onları tanıtmaqdır. “İçərişəhərim” sərgisi 30.11.2023-cü il tarixinədək Şirvanşahlar Sarayı Kompleksində muzey ziyarətçiləri üçün açıq olacaq.