Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 20-ci sahə yaşayış massivində yerləşən “Fəhlə əlləri” parkında sakinlərlə görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən 20-ci sahə yaşayış massivində yerləşən “Fəhlə əlləri” parkında sakinlərlə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işlərindən danışan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat vermişdir.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov tərəfindən vətəndaşların müraciətləri əsasında ünvanlara yerindəcə baxış keçirilmiş, qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar isə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.