Rayon İcra Hakimiyyəti başçısının 20-ci sahə yaşayış massivində sakinlərlə görüşü
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivi, Ö.F.Nemanzadə küçəsində sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etmişlər.
Görüş zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərin ölkəmizin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verdiyini bildirərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat vermişdir.
Görüşdə sakinlərinin problemləri ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.