Rayon İcra Hakimiyyətində həftə içi hər gün vətəndaş qəbulları keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən Rayon İcra Hakimiyyətinin inzibati binasında həftə içi hər gün saat 10.00-dan etibarən vətəndaş qəbulları keçirilir, bununla yanaşı rayon ərazisində səyyar görüş-qəbullar təşkil olunur. Qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak edirlər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunur, digər müraciətlər ilə bağlı RİH başçısı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verir və onların həlli nəzarətə götürülür.
Qəbullarda iştirak edən sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.
Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti
Ünvan: AZ–1000, Bakı şəhəri, Ü.Hacıbəyov 30
Tel: (+99412) 493-10-55
Fax: (+99412) 498-71-47
e-Mail: mail@sabail-ih.gov.az