Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı şəhid Bilal Qənbərovun ailə üzvlərini ziyarət edib

20 sentyabr 2022 | 16:30

Bu gün Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Vətən müharibəsi qazisi Siyavuş İmranov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva Vətən müharibəsi şəhidi Qənbərov Bilal Xanlar oğlunun ailə üzvlərini ziyarət etmişlər.

İlk öncə Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, ev 15/71 ünvanının qarşısında şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.

Görüş zamanı Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olduğunu bildirən RİH başçısı Vuqar Zeynalov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin bu gün yeni mərhələyə qədəm qoyduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən bu kateqoriyadan olan insanların daim diqqət mərkəzində saxlanıldığını, onları narahat edən problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini və aparılan bu ardıcıl və sistemli tədbirlər dövlətin diqqət və qayğısını daim hiss edən müharibə veteranları, əlilləri və şəhid ailələri tərəfindən də yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.

Keçidlər