Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı şəhid Cəmil Məmmədlinin ailə üzvünün toy məclisində iştirak etmişdir

20 fevral 2023 | 15:42

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun bacısı Aybəniz xanımın toy məclisində iştirak etmişdir. Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkilləri Nigar Arpadarai və Novruzəli Aslanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul şəxsləri və şəhidlərin ailə üzvləri iştirak etmişlər.

Şəhid bacısını ailə qurması münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov yeni qurulan ailəyə həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayaraq ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini, şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.

Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədli Cəmil Habil oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Cəsur Döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər